Böyük həvəsi və ideyaları Şəfəq xanımın 21 yaşında bu işlə ciddi məşğul olmağına zəmin yaratdı. Bir müddət incəlikləri öyrəndikdən sonra, artıq 23 yaşında sərbəst stilist kimi işləməyə başladı. Özü özünün müəllimi olan Şəfəq xanım qısa bir müddət sonra şəhərin ən tanınmış salonlarından saysız iş təklifləri alır. 2005-ci ildə öz bacarığı, gücü və əzmi nəticəsində şəxsi kiçik salonunu açır. 1 ildən az vaxta Shafa Studio şəhərin ən təlabatlı və perspektivli salonuna çevirilir. Hal hazırda Shafa Studio şəbəkəsinə 3 böyük salon və Makeup School daxildir.